2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi olaraq Zəfər Günü kimi yadda qaldı. Həmin gün Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Bu qələbə 44 günlük Vətən müharibəsinin taleyini həll etdi və Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın azad olunmasını müharibənin ən böyük uğuru adlandırdı.

Şuşa əməliyyatı hərbi taktika baxımından dünyanın ən unikal əməliyyatlarından biri hesab olunur. Çətin dağlıq şəraitdə, ağır relyefdə aparılan döyüşlər nəticəsində Azərbaycan əsgərləri böyük fədakarlıq göstərdilər. Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və ordunun qəhrəmanlığı bu tarixi qələbəni mümkün etdi.

Şuşanın azad olunması ilə Azərbaycan xalqı uzun illər həsrətində olduğu mədəniyyət paytaxtına qovuşdu. Prezident İlham Əliyev həmin gün Bakıda xalq qarşısında çıxış edərək bildirdi: “Şuşasız bizim işimiz yarımçıq olardı”. Bu sözlər xalqın duyğularını ifadə edirdi.Şuşanın azad olunması həm də Ermənistanın psixoloji məğlubiyyətini sürətləndirdi. İşğalçı ordunun müdafiə xətti dağıldı, onların müqavimət imkanları tam tükəndi. Prezident İlham Əliyev bunu Azərbaycanın hərbi gücünün və milli iradəsinin təntənəsi adlandırdı.Bu qələbədən sonra 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Beləliklə, Şuşa zəfəri Azərbaycanın müharibədə əldə etdiyi ümumi qələbənin əsas açarı oldu.

Nəticə etibarilə, Şuşa zəfəri Azərbaycan xalqının tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğur xalqımızın həm hərbi, həm də mənəvi gücünün simvoluna çevrildi.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.