2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Uzun illər davam edən danışıqlar prosesində nəticə əldə olunmadığından, Ermənistanın təxribatları və yeni hərbi hücumu Azərbaycanın ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməsinə gətirib çıxardı. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və Ali Baş Komandan kimi rəhbərliyi bu müharibənin uğurla aparılmasını təmin etdi.

Müharibənin ilk günlərindən Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirdi. İşğal altında olan torpaqlar uğrunda aparılan əməliyyatlarda strateji yüksəkliklər və mühüm yaşayış məntəqələri azad edildi. Bu proses təkcə hərbi uğur deyildi, həm də xalqın uzun illər həsrətlə gözlədiyi ədalətin bərpası idi.Ermənistan tərəfi beynəlxalq hüququ kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimiz raket hücumlarına məruz qaldı və dinc sakinlər arasında çoxlu sayda qurban oldu. Bu faktlar Ermənistanın müharibə cinayətləri törətdiyini və terrorçu dövlət kimi davrandığını bir daha sübut etdi.

Azərbaycan isə beynəlxalq humanitar hüquqa riayət edərək müharibəni ədalətli çərçivədə apardı. Prezident İlham Əliyev dəfələrlə bəyan etdi ki, bizim hədəfimiz işğalçı ordudur, mülki əhali isə düşmən deyil. Bu yanaşma Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında haqlı mövqedə saxladı və ölkəmizə böyük rəğbət qazandırdı.8 noyabr 2020-ci ildə Şuşanın azad olunması müharibənin taleyini həll edən hadisə oldu. Şuşa zəfəri Ermənistanın hərbi-siyasi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. Prezident İlham Əliyev həmin günü “Zəfər Günü” kimi tarixə yazdı.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatla Ermənistan məğlubiyyətini rəsmən qəbul etdi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu, xalqımız böyük qürur yaşadı və 30 ilə yaxın davam edən işğala son qoyuldu.

YAP Şuşa rayon təşkilatının saylı ərazi partiya təşkilatının sədri

Nizami Şahvələdov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.