Azərbaycan xalqı illərlə işğal altında qalmış torpaqlarının azad olunmasını arzulayırdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bu arzunu gerçəkləşdirdi. Lakin Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əməl etmədi, silahlı qüvvələrini Qarabağdan çıxarmadı. Bu isə bölgədə gərginliyin davam etməsinə səbəb oldu.Azərbaycan dəfələrlə sülh çağırışı etsə də, Ermənistan yenidən təxribatlara əl atdı. 2021-ci və 2022-ci illərdə sərhəd toqquşmaları, mülki şəxslərin həlak olması və minaların partlaması vəziyyəti daha da gərginləşdirdi. Prezident İlham Əliyev bu proseslər fonunda açıq bəyan edirdi ki, Azərbaycan heç vaxt öz ərazilərində qanunsuz silahlı dəstələrin qalmasına icazə verməyəcək.
2023-cü ilin sentyabrında Ermənistanın törətdiyi terror aktları bardaşqurma həddinə çatdı. Əhmədbəyli–Füzuli–Şuşa yolunda baş verən mina partlayışında mülki şəxslərin və hərbçilərin şəhid olması dövlətimizi qətiyyətli addımlar atmağa məcbur etdi. Bu hadisə antiterror tədbirlərinin başlanmasının əsas səbəbi oldu.Azərbaycan Ordusu qısa müddətdə böyük uğurlar əldə etdi. Düşmənin mövqeləri darmadağın edildi, silah-sursatı ələ keçirildi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhali isə qorundu. Bu, Azərbaycanın humanist yanaşmasının göstəricisi idi.
Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, “Azərbaycan dövləti separatçılığa son qoydu və tarixi ədaləti bərpa etdi”. Bu bəyanat yalnız Qarabağın deyil, bütün ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyırdı. Çünki suverenlik dövlətçiliyin əsas dayağıdır.
20 sentyabr 2023-cü il Azərbaycan tarixində əlamətdar gün kimi yadda qaldı. Həmin gündən etibarən Dövlət Bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər şəhərlərdə ucaldı. Bu, milli qürur və dövlət iradəsinin təntənəsi idi.Bu gün Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Azərbaycan xalqı bu günlə fəxr edir, çünki bu, həm şəhidlərimizin qanının yerdə qalmadığını, həm də dövlətimizin gücünü göstərir. Suverenliyin bərpası ilə Azərbaycan yeni tarixi mərhələyə qədəm qoydu.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın