Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı yalnız hərbi qələbə deyil, həm də yeni ictimai-siyasi mərhələnin başlanğıcı idi. Bu əməliyyatdan sonra regionda yaşayan ermənilər üçün reinteqrasiya prosesi reallığa çevrildi. Dövlətimizin məqsədi yalnız separatçılığı aradan qaldırmaq deyil, həm də bölgədə sabit və dinc birgəyaşayışı təmin etmək idi.

Əməliyyatdan sonra Qarabağda yaşayan erməni sakinlərinin nümayəndələri Azərbaycan tərəfi ilə Yevlaxda görüş keçirmək məcburiyyətində qaldılar. Bu görüşdə onların hüquq və təhlükəsizlik təminatları, reinteqrasiya şərtləri müzakirə olundu. Prezident İlham Əliyev də dəfələrlə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları kimi bərabər hüquqlara malik olacaqlar.

Dövlətin bu mövqeyi humanist siyasətin davamı idi. Çünki məqsəd müharibəni qalib-qəlib məntiqi ilə deyil, gələcəkdə davamlı sülh və inkişafı təmin etmək idi. Ermənilərə sosial-iqtisadi layihələrdə iştirak, mədəni muxtariyyət və bütün vətəndaş hüquqlarından istifadə etmək imkanları yaradıldı.Əməliyyatdan sonra bölgədə aparılan təhlillər göstərdi ki, separatçılığın ləğvi regionda sabitliyin bərqərar olmasının əsas şərti idi. İllərlə davam edən qanunsuz silahlı dəstələrin fəaliyyəti əhalini gərginlikdə saxlayırdı. Onların çıxarılması isə həm azərbaycanlıların, həm də orada yaşayan ermənilərin təhlükəsizliyini təmin etdi.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycan artıq bütün ərazilərinə nəzarət edir və separatçılığa birdəfəlik son qoyulub. Bu bəyanat həm daxili, həm də beynəlxalq səviyyədə güclü mesaj idi. Dövlətimiz göstərdi ki, yalnız güc deyil, həm də reinteqrasiya siyasəti ilə regionda uzunmüddətli sabitlik yaradacaq.

Qarabağda yaşayan erməni icmasının bir hissəsi Azərbaycanda qalaraq bu prosesdə iştirak etməyə hazır olduğunu bildirdi. Onlara dil, mədəniyyət və din azadlığı təmin ediləcəyi xüsusi olaraq qeyd olundu. Bu, dövlətimizin humanist və tolerant siyasətinin davamı idi.20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə düşdü və eyni zamanda yeni reinteqrasiya mərhələsinin başlanğıcı oldu. Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, həm də cəmiyyətin vahidliyini təmin etməklə gələcəyə doğru əmin addımlarla irəlilədi.

Qönçə İsmayılova

YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.