Azərbaycan 2023-cü ilin 19 sentyabrında başladığı antiterror əməliyyatı ilə bir gün ərzində möhtəşəm nəticə əldə etdi. Bu, dünya hərb tarixində nadir hallarda rast gəlinən hadisələrdəndir. Çünki onillər boyu qurulmuş hərbi istehkam sistemi bir günə məhv edildi və dövlət suverenliyi tam bərpa olundu.
Əməliyyatın məqsədi sadə, amma mühüm idi: Azərbaycanın ərazilərində qanunsuz mövcud olan erməni silahlı birləşmələrini zərərsizləşdirmək və konstitusiya quruluşunu bərpa etmək. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan heç vaxt ərazisində paralel silahlı qurumların mövcudluğuna imkan verməyəcək.
Əməliyyat başladıqdan dərhal sonra düşmənin hərbi mövqelərinə dəqiq zərbələr endirildi. Hərbi hava qüvvələri, artilleriya və quru qoşunları sinxron fəaliyyət göstərərək, düşmənin müdafiə xətlərini darmadağın etdilər. Bu, ordumuzun yüksək hazırlığının göstəricisi idi.Əsgərlərimizin qəhrəmanlığı da xüsusi vurğulanmalıdır. Çətin relyefdə, minalanmış ərazilərdə irəliləyərək strateji yüksəklikləri ələ keçirdilər. Bu, həm onların peşəkarlığını, həm də xalqımızın iradəsinin sarsılmazlığını nümayiş etdirdi.
Düşmən qısa müddətdə müqavimət göstərə bilmədi. Onlarla texnika, yüzlərlə silah-sursat qənimət götürüldü. Separatçılar isə məcburiyyət qarşısında silahı yerə qoyaraq təslim oldular. Bu, Ermənistanın regiondakı hərbi-siyasi təsirinin tamamilə sıradan çıxması demək idi.Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdi ki, “Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək qısa müddətdə əməliyyatın taleyini həll etdi.” Bu, həm xalqımıza, həm də bütün dünyaya ünvanlanan qəti mesaj idi. Azərbaycan dövləti öz gücü ilə bütün ərazilərinə nəzarəti bərpa etdi.
20 sentyabr 2023-cü il Dövlət Suverenliyi Günü kimi tarixə düşdü. Bu gün xalqımız üçün milli qürur, dövlətimiz üçün isə siyasi və hərbi gücün simvoluna çevrildi.
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri :
Könül Hüseynova


Bir şərh yazın