Azərbaycan xalqının tarixi yaddaşında 2020-ci ilin Vətən müharibəsi zəfər səhifəsi kimi qaldı. Lakin müharibədən sonra da Ermənistan öz öhdəliklərini yerinə yetirmədi, silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmadı. Bu, dövlətimiz üçün yeni təhdidlər yaradırdı. 2023-cü ilin sentyabrında başlanan antiterror əməliyyatı isə bu təhdidlərə son qoyaraq tarixi dönüş nöqtəsi oldu.

Əməliyyatın başlanmasına səbəb Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə və hərbi qulluqçulara qarşı törətdiyi terror aktları idi. Əhmədbəyli–Füzuli–Şuşa yolunda baş verən mina partlayışı Azərbaycanın səbr kasasını daşırdı. Prezident İlham Əliyev qətiyyətli addım ataraq əməliyyatın başlanmasına göstəriş verdi.Azərbaycan Ordusu qısa müddətdə düşmənin mühüm mövqelərini nəzarətə götürdü. Strateji yüksəkliklərin ələ keçirilməsi əməliyyatın taleyini həll etdi. Çətin relyef və illərlə qurulmuş istehkam xətləri belə əsgərlərimizin iradəsini qıra bilmədi.

Əməliyyatın nəticəsi yalnız hərbi uğur deyildi, həm də siyasi qələbə idi. Separatçı rejim tamamilə süqut etdi. Samvel Şahramanyan qondarma qurumun ləğvi barədə sənəd imzaladı. Bu, Azərbaycanın tarixində mühüm bir dönüş nöqtəsi oldu.Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, “Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir.” Bu, həm xalqın, həm də beynəlxalq ictimaiyyətin qəbul etdiyi bir reallığa çevrildi.

Qarabağda yaşayan erməni əhalisinə reinteqrasiya imkanları yaradıldı. Onlara Azərbaycanın vətəndaşlıq hüquqlarından istifadə etmək və ölkənin həyatına inteqrasiya etmək üçün şərait təmin edildi. Bu, dövlətimizin humanist siyasətinin bariz nümunəsi idi.

20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə düşdü. Bu gün Azərbaycanın gücünü, dövlət başçısının qətiyyətini və xalqımızın birliyini nümayiş etdirən tarixi bir səhifə oldu.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.