Onillərlə davam edən separatçılıq siyasəti Azərbaycanın qarşısında ciddi təhlükə idi. Ermənistanın dəstəklədiyi qanunsuz rejimlər Qarabağda saxta “seçkilər” keçirir, qondarma “parlament” yaradırdı. Lakin Azərbaycan dövləti heç vaxt bu rejimləri tanımadı və onların iflasını qaçılmaz etdi.
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı separatçılığın sonunu gətirdi. Qısa müddətdə separatçıların hərbi potensialı məhv edildi, rəhbərləri isə təslim olmağa məcbur oldular. Prezident İlham Əliyev bu barədə deyirdi: “Separatçı rejimin kitabı bağlandı.” Bu bəyanat Azərbaycanın tarixi qələbəsinin simvoluna çevrildi.Əməliyyat nəticəsində yüzlərlə hərbi texnika, onlarla tank və artilleriya qurğusu məhv edildi. Separatçıların illərlə qurduğu müdafiə xətləri bir günə darmadağın oldu. Bu, Azərbaycanın hərbi gücünü və əsgərlərinin qəhrəmanlığını nümayiş etdirdi.
Separatçı rejimin rəhbərləri belə reallığı qəbul etmək məcburiyyətində qaldılar. Samvel Şahramanyan qondarma qurumun ləğvi barədə sənəd imzaladı. Bu, Qarabağda separatçılığın tamamilə sonu demək idi. Azərbaycan öz ərazilərində konstitusiya quruluşunu bərpa etdi.Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, “Azərbaycan dövlətində separatçılığa yer olmayacaq.” Bu sözlər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda qəti mesaj idi. Azərbaycan dövləti suverenliyini tam təmin etdi.
Qarabağda yaşayan erməni əhalisinə də reinteqrasiya imkanları yaradıldı. Onlar Azərbaycanın vətəndaşlıq hüquqlarından istifadə etmək üçün azad seçim imkanına malik oldular. Bu, dövlətimizin humanist siyasətinin bariz nümunəsidir.20 sentyabr 2023-cü il tarixi bir dönüş nöqtəsi oldu. Separatçılıq birdəfəlik məğlub edildi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Dövlət Bayrağımız bütün Qarabağda dalğalanmağa başladı. Bu gün həm qələbənin, həm də milli birliyin təntənəsidir.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Bir şərh yazın