2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı regionda yeni mərhələ açmalı idi. Azərbaycan qələbədən sonra sülhə nail olmaq üçün bütün imkanlardan istifadə etdi. Ermənistan isə öhdəliklərini yerinə yetirmədi, silahlı qüvvələrini Qarabağdan çıxarmadı. Bu məsələ münaqişənin davam etməsinə səbəb oldu.2021-ci ildə sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılsa da, Ermənistan tez-tez danışıqlardan yayınır, sərhəddə təxribat törədirdi. Noyabrda ilk toqquşmalar baş verdi. 2022-ci ilin sentyabrında isə ən qanlı döyüşlərdən biri yaşandı. Bu, bölgədə sülhə olan ümidləri sarsıtdı.

Digər tərəfdən, Azərbaycanın sərvətlərinin qanunsuz istismarı cəmiyyətdə narazılıq doğurdu. Şuşa–Laçın yolunda keçirilən etiraz aksiyaları bu narazılığın ifadəsi idi. 2023-cü ilin 23 apreldə “Laçın” məntəqəsinin qurulması isə suveren hüquqlarımızın təsdiqi oldu. Bu addım dövlətin güclü iradəsinin nümunəsi idi.19 sentyabr 2023-də Əhmədbəyli–Füzuli–Şuşa yolunda mina partlayışı baş verdi. Mülki şəxslər və hərbçilər həlak oldu. Bu, Ermənistanın terror siyasətinin davamı idi. Azərbaycan lokal antiterror tədbirlərinə başlamaq məcburiyyətində qaldı. Çünki başqa yol qalmamışdı.

Prezident İlham Əliyev əməliyyatın əsas məqsədini açıq ifadə etdi: “Bizim torpağımızda qanunsuz silahlı qüvvələr qalmayacaq.” Ordumuz yalnız legitim hədəfləri vurdu, mülki əhali isə qorundu. Humanitar dəhlizlər yaradıldı, insanlara dəstək göstərildi.

20 sentyabrda atəşkəs əldə olundu. Qarabağdakı erməni silahlı dəstələrinin tərksilah olunması şərtləri qəbul edildi. Yevlaxda keçirilən görüş reinteqrasiya prosesinə start verdi. Bu, Azərbaycanın qətiyyətli mövqeyinin siyasi nəticəsi idi.Beləliklə, üç illik diplomatik və siyasi səylərin nəticəsi Azərbaycanın suverenliyinin tam bərpası ilə yekunlaşdı. 20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə düşdü. Bu gün xalqımızın iradəsinin, dövlətimizin gücünün təntənəsidir.

Elmir Rzayev

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.