Azərbaycanın son illərdə qazandığı bütün uğurların mərkəzində güclü siyasi liderlik dayanır. Prezident İlham Əliyev həm müharibə dövründə, həm də antiterror əməliyyatında xalqın birləşdirici qüvvəsinə çevrildi. Onun qətiyyətli qərarları Azərbaycanın qələbələrinin əsas təminatçısı oldu.44 günlük Vətən müharibəsində olduğu kimi, 2023-cü ilin antiterror əməliyyatında da Ali Baş Komandanın liderliyi həlledici idi. Əməliyyatın məqsədləri dəqiq müəyyənləşdirildi, hərbi planlar dəqiqliklə icra olundu. Bu, qısa müddətdə tarixi nəticə əldə olunmasına imkan verdi.
Prezident İlham Əliyev xalqa müraciətlərində həm ordunun, həm də xalqın ruhunu yüksəltdi. Onun “Azərbaycan bu gün bütün ərazilərinə tam nəzarət edir” sözləri hər kəsdə böyük inam yaratdı. Bu, dövlət başçısının xalqa verdiyi ən böyük zəmanət idi.
Əməliyyat zamanı mülki əhalinin qorunması da Prezidentin əsas tələblərindən idi. O, əməliyyat başlamazdan əvvəl əmr etmişdi ki, yalnız hərbi obyektlər hədəfə alınsın, mülki şəxslərə zərər dəyməsin. Bu, dövlətimizin humanist siyasətini bir daha nümayiş etdirdi.Bir gün ərzində əldə edilən nəticələr Prezidentin qətiyyətli siyasətinin bəhrəsi idi. Qarabağda separatçılığın sonu və dövlət suverenliyinin tam bərpası onun liderliyinin tarixi nailiyyətlərindən biri oldu.
Xalq da dövlət başçısının ətrafında sıx birləşdi. Bütün təxribatlara baxmayaraq, xalq və dövlət arasında olan birlik Azərbaycanı qələbəyə apardı. Bu, həm də liderlə millətin vəhdətinin gücünü göstərdi.20 sentyabr Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsi kimi yadda qaldı. Bu gün tarixi ədalətin bərpası, dövlətimizin gücü və xalqımızın birliyinin təntənəsidir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın