Azərbaycanın regionda yaratdığı yeni reallıq beynəlxalq müstəvidə də öz təsdiqini tapdı. Dövlət rəhbərliyi bütün beynəlxalq platformalarda Qarabağ həqiqətlərini diqqətə çatdıraraq, Ermənistanın məsuliyyətsiz davranışını ifşa etdi.
Sülh danışıqlarında Azərbaycan tərəfi həmişə konstruktiv mövqe nümayiş etdirdi. Lakin Ermənistan qeyri-ciddi yanaşmalarla vaxt qazanmağa çalışırdı. Bu isə bölgədə gərginliyin artmasına səbəb olurdu.
Azərbaycan xalqı müharibədən sonrakı dövrdə də həmrəylik nümayiş etdirdi. Orduya və dövlətə olan dəstək milli həmrəyliyin ən bariz nümunəsi kimi tarixə düşdü.
Ermənistanın törətdiyi təxribatların qarşısını almaq üçün antiterror əməliyyatı zəruri idi. Ordumuz qətiyyətlə hərəkət etdi, yalnız legitim hərbi hədəfləri vurdu. Bu əməliyyatın qısa müddətdə uğurla başa çatması ordumuzun peşəkarlığını göstərdi.
Prezident İlham Əliyevin xalqa müraciəti xalqın ruhunu daha da yüksəltdi. Onun sözləri həm hərbçilərə, həm də mülki əhaliyə güc verdi. Dövlət başçısının liderliyi qələbənin əsas təminatçısı oldu.
Əməliyyatın nəticələri Azərbaycanın suverenliyini tam bərpa etməsi ilə yekunlaşdı. Dövlət Bayrağımız işğaldan azad edilən bütün ərazilərdə ucaldı. Bu, xalqımızın illərdir arzuladığı bir gün idi.
20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə düşdü. Bu gün həm dövlətçiliyimizin gücünü, həm də xalqımızın qətiyyətini göstərən əlamətdar tarix oldu. Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı məhz bu gündən keçir.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın