2023-cü il 19 sentyabrda başlayan antiterror tədbirləri 20 sentyabrda başa çatdı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Azərbaycanın hərbi gücünün bariz nümunəsi oldu. Ordumuz qısa müddətdə böyük nailiyyətlər qazandı.Əməliyyat zamanı əsas hədəflər düşmənin ön xətt mövqeləri və komanda məntəqələri idi. Ordumuz müasir silahlarla bu obyektləri dəqiq vurdu. Düşmənin idarəetmə sistemi iflic oldu.
Hərbi Hava Qüvvələri havada üstünlük qazandı, artilleriya bölmələri isə koordinasiyalı zərbələr endirdi. Bu, düşmənin müqavimətini tez qırdı. Azərbaycan ordusunun planlı fəaliyyəti nəticə verdi.
Döyüşlərin coğrafiyası geniş idi. Strateji yüksəkliklərin ələ keçirilməsi əməliyyatın uğurunda həlledici rol oynadı. Azərbaycan əsgərləri çətin relyefdə qəhrəmanlıq göstərdilər.Qısa müddətdə 60-dan çox döyüş mövqeyi və onlarla artilleriya qurğusu məhv edildi. Çoxlu texnika qənimət götürüldü. Bu, düşmən üzərində psixoloji qələbə də oldu.
Prezident İlham Əliyev qeyd etdi ki, əməliyyatın bir günə başa çatması ordumuzun imkanlarının göstəricisidir. Bu bəyanat xalqımızda qürur hissi yaratdı.20 sentyabrda atəşkəs əldə olundu. Separatçılar ağ bayraq qaldırdı və Azərbaycan suverenliyini tam bərpa etdi. Bu, dövlətçiliyimizin növbəti zəfəri oldu.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın