İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında yeni bir hədəf dayandı – dağıdılmış yurdlarımızın bərpası və soydaşlarımızın Vətənə qayıdışı. Dövlət başçısı İlham Əliyev bu missiyanı “Böyük Qayıdış” proqramı ilə reallaşdırır.

İlk köç Zəngilanın Ağalı kəndinə oldu. “Ağıllı kənd” layihəsi ilə müasir evlər, məktəblər, sosial infrastruktur quruldu. Ardınca Laçın, Füzuli, Şuşa, Cəbrayıl və digər bölgələrdə həyat yenidən canlandı.

Böyük Qayıdışın birinci mərhələsi 140 min köçkünün qayıdışını hədəfləyir. Bunun üçün 8 şəhərin və 100-dən artıq kəndin bərpası planlaşdırılıb. Artıq bu istiqamətdə əhəmiyyətli nəticələr əldə olunub.Prezident İlham Əliyev tez-tez Qarabağa səfər edir, sakinlərlə görüşür, yeni layihələrin açılışında iştirak edir. Onun Xankəndi, Xocalı, Hadrut və Ağdərəyə səfərləri tarixi qürur anları kimi yadda qalıb.

Bu torpaqlarda təkcə evlər və yollar deyil, həm də məscidlər, məktəblər, mədəniyyət ocaqları bərpa olunur. Ermənistanın dağıtdığı abidələr öz əvvəlki görkəminə qaytarılır.Bütün bunlar sübut edir ki, Zəfərimizin davamı məhz quruculuqla möhkəmlənir. Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaq.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.