İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycan xalqına böyük dərs verdi: birliyin, əzmin və gücün qarşısında heç bir işğal dayana bilməz.44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, xalqımızın dəstəyi, dövlətimizin siyasi iradəsi tarixi Zəfəri mümkün etdi.
Antiterror əməliyyatı isə bu Zəfəri möhkəmləndirdi. Çünki separatizm kökündən ləğv edildi, dövlət suverenliyi tam bərpa olundu.Bu gün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasına çevrilib. Yeni yollar, məktəblər, evlər və kəndlər salınır. Bu, gələcək nəsillərə miras qalacaq ən böyük sərvətdir.
Prezident İlham Əliyev çıxışlarında daim vurğulayır ki, Azərbaycanın gələcəyi güclü, müstəqil və azad ölkə üzərində qurulub. Qarabağda aparılan işlər bunun canlı sübutudur.
Zəfərimiz həm bu günümüzü, həm də gələcəyimizi işıqlandıran yol xəritəsidir. Azərbaycan xalqı artıq qalib xalqdır və bu qalibiyyət əbədi olacaq.
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri:
Hidayət Səmədov


Bir şərh yazın