Xocalı adı uzun illər Azərbaycan xalqının yaddaşında faciə ilə bağlı xatırlanırdı. 1992-ci ilin qara gecəsi bütün millətimizin qəlbinə ağır yara vurmuşdu. Lakin zaman göstərdi ki, xalqın yaddaşında yalnız faciə deyil, həm də dirçəliş yaşayacaq. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü ildə imzaladığı Sərəncamla 20 sentyabrın şəhər günü kimi qeyd olunması Xocalını faciədən qələbəyə, acı xatirədən inam rəmzinə çevirdi.Bu gün Xocalıya soydaşlarımızın mərhələli şəkildə qayıdışı həyata keçirilir. Məhz Dövlət Suverenliyi Gününün mahiyyəti də burada öz əksini tapır – dağıdılmış şəhərlər yenidən qurulur, insanlar doğma yurdlarına dönür, həyat yenidən bərpa olunur. Bu, həm də şəhidlərin ruhuna ehtiram, gələcək nəsillərə isə örnəkdir.

Prezident İlham Əliyevin Xocalıya səfərləri, sakinlərlə görüşləri, açılışlarda iştirakı dövlətin xalqa qayğısını göstərən ən canlı sübutdur. Hər bir təməlqoyma və açılış mərasimi Xocalının tarixində yeni səhifə açır və xalqımıza gələcəyə inam bəxş edir.

Qarabağ Universitetinin tibb fakültəsinin yaradılması və müasir klinikanın fəaliyyətə başlaması bu torpaqlarda sağlam gələcəyin təməlini qoydu. Bu gün Xocalı artıq yalnız kədərin deyil, həm də elmin, təhsilin və inkişafın ünvanına çevrilir.

Xocalı indi bütün Azərbaycan xalqı üçün həm qürur, həm də inam rəmzidir. Burada aparılan quruculuq işləri göstərir ki, xalqımız dağıntılardan belə daha güclü çıxmağı bacarır.Dövlət Suverenliyi Günü bu prosesi daha da dərinləşdirir. Çünki 20 sentyabr hər il qeyd olunaraq xalqa xatırladır ki, heç bir faciə bizi sındıra bilməz, biz yalnız güclənərək irəli gedirik.

Azərbaycan xalqı üçün Xocalı artıq həm faciənin, həm də qələbənin rəmzidir. Bu rəmzin yeni adı isə Dövlət Suverenliyi Günüdür.

YAP Şuşa rayon təşkilatının saylı ərazi partiya təşkilatının sədri

Nizami Şahvələdov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.