2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə bayraq ucaltması tariximizin qürurlu anı idi. 2024-cü ildə isə bu hadisə Dövlət Suverenliyi Günü ilə əbədiləşdirildi.18 sentyabr 2024-cü ildə imzalanmış Sərəncamla hər il 20 sentyabrın bu şəhərlərin günü kimi qeyd olunması xalqımızın qələbəsini gələcək nəsillərə daşıyacaq.Xankəndidə dalğalanan bayraq bir millətin ən böyük arzularından birinin gerçəkləşməsinin göstəricisidir. Bu bayraq artıq əbədi olaraq azad Qarabağın simvoludur.

Bu gün həm də Böyük Qayıdışın başlanğıcıdır. Çünki bayrağın ucaldığı yerdə həyat da qayıdır, insanlar da öz yurdlarına dönür.

Prezidentin dediyi kimi, “Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə edib.” Dövlət Suverenliyi Günü məhz bu qəhrəmanlığın rəmzidir.

Xankəndidə keçirilən tədbirlər, beynəlxalq forumlar, idman yarışları bayrağın ucaldılmasının real nəticələrini nümayiş etdirir.20 sentyabr hər bir azərbaycanlı üçün qürur günüdür. Bu gün həm tariximizi, həm də gələcəyimizi birləşdirir.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.