Azərbaycan dövlətçiliyinin ən önəmli qələbələrindən biri 2024-cü ilin 18 sentyabrında rəsmiləşdi. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunacaq. Bu qərar təkcə dövlət idarəçiliyinin addımı deyil, həm də xalqımızın milli iradəsinin təntənəsidir.

Otuz ildən çox davam edən işğal, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycanın tarixi qələbəsinin əsasını qoydu. Bu günlərdə atılan addımların məntiqi nəticəsi Dövlət Suverenliyi Günündə təcəssümünü tapdı.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, 2020-ci ildən sonrakı bütün proseslər bir məqsədə – Azərbaycanın suverenliyinin tam bərpasına xidmət edirdi. 20 sentyabr həmin məqsədin reallaşdığı gün oldu.Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün təkcə xəritədəki adlar deyil, həm də dövlətin gücünü, xalqın fədakarlığını və milli birliyi simvolizə edən məkanlardır. Bu şəhərlərdə dalğalanan üçrəngli bayraq qələbənin əbədi nişanəsinə çevrilib.

Bu tarixi hadisə ilə yanaşı, Böyük Qayıdış Proqramının həyata keçirilməsi də 20 sentyabrın mahiyyətini gücləndirir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdır, yeni evlərdə, abadlaşmış küçələrdə həyatlarını qururlar.Qarabağ Universitetinin yaradılması, mədəniyyət və idman tədbirlərinin təşkili, infrastruktur layihələrinin həyata keçirilməsi göstərir ki, azad edilmiş torpaqlarda həyat bütün sahələrdə canlanır. Dövlət Suverenliyi Günü bu canlanmanın ideoloji dayağıdır.

Prezident İlham Əliyevin Xankəndidə və digər şəhərlərdə qaldırdığı bayraq xalqın yaddaşında əbədi olaraq qalacaq. Dövlət başçısının “Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə edib” sözləri isə millətimizin gücünü təsdiqləyən ən dəyərli ifadədir.

20 sentyabr təkcə bir gün deyil, həm də gələcək nəsillərə ünvanlanmış mesajdır. Bu gün onlara dövlətin əzmini, xalqın gücünü və suverenliyin əbədiliyini xatırladacaq.

Azərbaycan xalqı hər il bu günü qeyd edərkən həm keçmişin ağrılarını, həm də bu günün qürurunu yaşayacaq. Dövlət Suverenliyi Günü tariximizdə ən möhtəşəm səhifələrdən biri olaraq qalacaq.

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.