Azərbaycan dövlətinin yaddaşında 20 sentyabr artıq əbədi olaraq qalacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin işğaldan qurtuluşunun, suverenliyin bərpasının simvoludur.İşğal illərində viran edilmiş şəhərlər indi yeni həyat qazanır. Bu günün qeyd edilməsi həm də xalqımızın dözümlülüyünün və qalibiyyətə inamının təntənəsidir.

Prezidentin sözləri ilə desək, hər addım əvvəlkinin məntiqi davamı olub. 44 günlük müharibədən 2023-cü ilin antiterror tədbirlərinə qədər hər hadisə məhz bu tarixi günə aparıb.Bu günün rəsmi şəkildə təsis olunması Azərbaycanın müstəqil dövlət kimi gələcək nəsillərə mesajıdır: suverenlik müzakirə mövzusu deyil, əbədi dəyərdir.

Quruculuq işləri, Qarabağ Universitetinin açılışı, infrastruktur layihələri göstərir ki, 20 sentyabr yalnız hərbi qələbə günü deyil, həm də həyatın dirçəlişinin başlanğıcıdır.Bu gün beynəlxalq aləmə də mühüm siqnal verir: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş və onu qorumaqda qətiyyətlidir.

Azərbaycan xalqı üçün 20 sentyabr gələcəyə inamın, milli birliyin və dövlətçilik iradəsinin ən ali rəmzlərindən biri olacaq.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.