Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən biri 2024-cü ilin 18 sentyabrında yazıldı. Prezident İlham Əliyevin imzaladığı tarixi Sərəncama əsasən, hər il 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək. Bu qərar sadəcə inzibati deyil, həm də milli yaddaşımızda mühüm yer tutacaq bir hadisədir.30 ildən artıq davam edən işğal, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində əldə olunan möhtəşəm qələbə bu tarixin təməlini qoydu. Suverenliyin bərpası Azərbaycanın siyasi iradəsinin, ordusunun gücünün və xalqının birliyinin ən böyük göstəricisidir.

20 sentyabrın şəhər günü kimi qeyd edilməsi həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə örnək olması baxımından mühüm addımdır. Bu gün yalnız işğaldan azad olunmuş torpaqların deyil, bütövlükdə Azərbaycanın suveren dövlət kimi iradəsinin bayramına çevrilib.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, hər bir addım əvvəlkinin məntiqi davamı idi. 2020-ci ildən 2023-cü ilə qədər gedən yol, atılan bütün siyasi, hərbi və diplomatik addımlar məhz 20 sentyabrın – Dövlət Suverenliyi Gününün gerçəkləşməsi üçün zəmin hazırlamışdı.

Xankəndi meydanında üçrəngli bayrağın ucaldılması Azərbaycan xalqının tarixi iradəsini əks etdirən ən uca məqamdır. Bu bayraq artıq əbədi dalğalanacaq, heç bir güc onu yerindən tərpədə bilməyəcək. Prezidentin sözləri ilə desək: “Biz bu qələbəyə layiq idik və xalqımız onu öz qanı-canı bahasına qazandı.”Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Yollar, körpülər, məktəblər, universitetlər inşa olunur. 20 sentyabr həm də bu torpaqlara həyatın, sülhün və rifahın qayıdışının simvoludur.

Tarix yazan millətlər öz qəhrəmanlarını və qələbələrini daim yad edirlər. Dövlət Suverenliyi Günü Azərbaycanın qürur, şərəf və milli birliyinin rəmzi olaraq hər il qeyd ediləcək və gələcək nəsillərə işıqlı yol göstərəcəkdir.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.