Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı xalqımızın dövlətçilik tarixində əbədi yaşayacaq qərarlardan biridir. Artıq hər il 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.

Bu günün təsis olunması Azərbaycanın suverenliyinin bərpa edilməsinin rəmzi olmaqla yanaşı, həm də xalqımızın milli birliyini, dövlətinə bağlılığını gücləndirən mühüm hadisədir.Xankəndi meydanında ucaldılan bayraq əslində yalnız bir şəhərin deyil, bütöv Azərbaycanın qalibiyyət simvoludur. Prezidentin tarixi çıxışları xalqın yaddaşında əbədi həkk olunub.

İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramı 20 sentyabrın mahiyyətini daha da zənginləşdirir. Çünki suverenlik yalnız hərbi qələbə ilə deyil, eyni zamanda həyatın geri qayıtması ilə möhkəmlənir.

Qarabağ Universitetinin yaranması, tibb fakültəsinin açılışı və elmi-tədris fəaliyyətinin başlaması göstərir ki, bu torpaqlar gələcəyin intellektual mərkəzinə çevriləcək.

20 sentyabr həm də dünyaya verilən mesajdır: Azərbaycan qalib dövlətdir və öz suverenliyini əbədi təmin edib. Bu gün beynəlxalq müstəvidə ölkəmizin mövqeyini daha da gücləndirir.

Azərbaycan xalqı bu tarixi qərarı qürurla qarşılayır. Dövlət Suverenliyi Günü gələcək nəsillərə milli mübarizənin, şəhidlərin qəhrəmanlığının və xalqın birliyinin canlı nümunəsi kimi ötürüləcəkdir.

Nazilə İbarhimova

YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.