2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətmişdir.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən qanunsuz erməni silahlı birləşmələri növbəti dəfə genişmiqyaslı hərbi təxribatlara əl atdılar. Onların əsas məqsədi bölgədə sabitliyi pozmaq, Azərbaycan ərazilərində təhlükəsizlik mühitini zəiflətmək və mülki əhaliyə qarşı yeni terror aktları törətmək idi. Qanunsuz silahlı dəstələr müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutaraq həm hərbi qulluqçuları, həm də mülki şəxsləri hədəfə aldılar. Bu təxribatlara cavab olaraq, Azərbaycan dövləti qətiyyətli addımlar atdı. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu antiterror tədbirlərinə başladı. Əməliyyatın məqsədi bölgədəki qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, ölkənin suverenliyinin tam təmin olunması və əhalinin təhlükəsizliyinin qorunması idi. Qısa müddət ərzində aparılan əməliyyatlar nəticəsində düşmənin mövqeləri darmadağın edildi, onların törədə biləcəyi yeni hücumların qarşısı alındı. Ali Baş Komandanın qətiyyətli iradəsi və Azərbaycan Ordusunun peşəkarlığı sayəsində bu əməliyyat uğurla yekunlaşdı və dövlətimizin suveren hüquqları tam bərpa olundu.

Hadisələr bir daha sübut etdi ki, Azərbaycan xalqı və dövləti öz torpaqlarını qorumaqda, sülh və təhlükəsizliyi təmin etməkdə qətiyyətlidir. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu uğur xalqımızın tarixi yaddaşında növbəti Zəfər səhifəsi kimi qalacaqdır.

YAP Şuşa rayon təşkilatının saylı ərazi partiya təşkilatının sədri

Nizami Şahvələdov


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.