44 günlük Vətən müharibəsindən sonra da Ermənistan təxribatlarını davam etdirdi. Azad edilmiş ərazilərə gizli yollarla minalar gətirilərək basdırıldı. Bu, Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş açıq mina terroru idi.Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət etdi, humanist çağırışlar etdi. Lakin Ermənistan nəinki geri çəkilmədi, əksinə, daha çox silah-sursat göndərməklə vəziyyəti gərginləşdirdi.
Bu fonda Şuşa-Laçın yolunda vətəndaş cəmiyyəti nümayəndələrinin və eko-fəalların etiraz aksiyaları keçirildi. Onlar həm təbii sərvətlərimizin talanına, həm də separatçıların silahlandırılmasına qarşı səsini ucaltdı.Azərbaycan dövlətinin qəti addımı ilə 2023-cü il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Ermənistanın qanunsuz hərbi təchizatının qarşısı alındı.
Həmin məntəqə həm dövlət suverenliyimizin təminatı, həm də bölgədə təhlükəsizliyin əsas zəmanəti oldu. Bu, Azərbaycanın haqlı və ədalətli mövqeyinin real təcəssümü idi.Beləliklə, ölkəmiz bir daha göstərdi ki, qanunsuzluğa, işğal siyasətinə güzəşt edilməyəcək. Qarabağda sülh yalnız ədalət əsasında mümkündür.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Bir şərh yazın