Azərbaycan xalqı uzun illər həsrətini çəkdiyi günə 2023-cü ilin sentyabrında çatdı. Qarabağda keçirilən antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam bərpa olundu. Bunun təsdiqi isə Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 sentyabrın şəhər günü kimi qeyd edilməsində tapdı.20 sentyabr təkcə işğaldan azad olunmuş torpaqların deyil, bütün Azərbaycan xalqının bayramına çevrildi. Bu gün minlərlə şəhidimizin qanı ilə yazılmış qəhrəmanlıq dastanının nəticəsini əbədiləşdirir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yalnız tarix kitablarında deyil, gündəlik həyatımızda da möhtəşəm dirçəlişin nümunəsidir. Bayraqların ucaldılması, məktəblərin, universitetlərin, infrastrukturun yaradılması bu günün rəmzi əhəmiyyətini daha da gücləndirir.
Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, atılan bütün addımlar bir-birinin məntiqi davamıdır. Şuşanın azad olunmasından Xankəndidə keçirilən beynəlxalq tədbirlərə qədər hər hadisə Azərbaycanın suverenliyini möhkəmləndirən bir zəncirin halqasıdır.
20 sentyabr bu halqanın yekun simvoluna çevrildi. Bu gün xalqımızın həmrəyliyinin, dövlətimizin gücünün və gələcək nəsillərə miras qalacaq qürurlu irsinin bayramıdır.
Qarabağ Universitetinin yaranması, Xankəndidə keçirilən mədəni tədbirlər və beynəlxalq forumlar göstərir ki, bu şəhərlər təkcə tarixi qələbənin deyil, həm də gələcəyin inkişaf mərkəzinə çevriləcək.
Azərbaycan xalqı artıq əminliklə deyə bilir ki, dövlət suverenliyi bərpa olunub və əbədi olaraq qorunacaq. 20 sentyabr isə bu böyük zəfərin hər il xatırladılacağı möhtəşəm gün olacaq.
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri :
Könül Hüseynova


Bir şərh yazın