İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının milli yaddaşına şanlı Qələbə kimi həkk olundu. 44 gün davam edən savaşda Ordumuzun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi ilə işğal altındakı torpaqlarımız azad edildi. Bu Qələbə həm də beynəlxalq hüququn bərpası, tarixi ədalətin zəfəri idi.Əslində, müharibə qaçılmaz deyildi. Əgər Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etsəydi, işğal siyasətinə son qoysaydı, bəlkə də hərbi əməliyyatlara ehtiyac qalmazdı. Lakin düşmən işğalı davam etdirdi və Azərbaycan öz gücünə haqq yolunda döyüşə qalxdı.
10 noyabr 2020-ci ildə imzalanan kapitulyasiya aktı Ermənistanın məğlubiyyətini təsdiqlədi. Lakin Qarabağ ərazisində hələ də silahlı dəstələrin qalması sülhü pozurdu. Azərbaycan diplomatik kanallarla sülhü təmin etməyə çalışsa da, nəticəsiz qaldı.2022-ci ildə sərhəddə baş verən toqquşmalar, 2023-cü ilin yazında törədilən təxribatlar antiterror əməliyyatına aparan yola çevrildi. Sentyabr 2023-də keçirilən lokal əməliyyat cəmi bir neçə saata separatizmin kökünü kəsdi.
Əməliyyat zamanı Azərbaycan beynəlxalq humanitar hüququn tələblərinə əməl etdi. Mülki əhalinin təhlükəsizliyi qorundu, qadınlara, uşaqlara və qocalara hər cür dəstək göstərildi. Separatçı rejim süqut etdi, dövlət suverenliyi tam bərpa olundu.
Bu gün isə Qarabağda yeni həyat başlayıb. Bayrağımız işğaldan azad edilən hər şəhər və kənddə dalğalanır. Tarixi Zəfərimiz təkcə müharibə ilə deyil, həm də quruculuqla möhkəmlənir.
Elmir Rzayev
YAP Şuşa rayon təşkilatının əməkdaşı


Bir şərh yazın