İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini və tarixi abidələrin bərpası davam edir. Məscidlər, məbədlər və mədəniyyət ocaqları əvvəlki görkəminə qaytarılır.

2023-cü ilin payızında Prezident İlham Əliyev Xocavəndin Hadrut qəsəbəsində yenidən inşa edilmiş məscidin açılışında iştirak etdi. Bu məscidin təməli 2021-ci ildə dövlət başçısı tərəfindən qoyulmuşdu.

Bu addım həm də Azərbaycanın multikultural dəyərlərə, dini tolerantlığa sadiqliyinin göstəricisidir. Çünki dağıdılmış abidələrin bərpası xalqımızın mənəvi yaddaşının dirçəldilməsidir.

Prezidentin səfərləri zamanı həm də kəndlərə qayıdan sakinlərlə görüşlər keçirildi. Onların doğma torpaqlarına qovuşması böyük sevinc yaşatdı.Azərbaycanda mədəniyyətin və dinin inkişafı dövlət siyasətinin mühüm istiqamətidir. Qarabağda aparılan işlər bunun bariz nümunəsidir.

Bu gün Qarabağ yalnız hərbi yox, həm də mənəvi qələbənin məkanıdır.

Namiq Hüseynov

YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.