Azərbaycanın müasir tarixində mühüm məqamlar çoxdur, lakin onların arasında 20 sentyabr xüsusi yeri tutur. Bu gün Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə rəsmi şəkildə təsis olunaraq dövlətçilik tariximizə daxil oldu.30 illik işğal, ağır müharibə illəri və xalqımızın səbrlə, dəyanətlə gözlədiyi Zəfər məhz 20 sentyabrda simvolik məna qazandı.

Prezidentin Xankəndidə bayrağı ucaltması Azərbaycanın tarixi iddiasının ən parlaq təsdiqi idi. Bu hadisə suverenliyin yalnız kağız üzərində deyil, real həyatda təmin olunmasının göstəricisi oldu.

Bu günün qeyd olunması həm də Böyük Qayıdışa güclü təkan verir. Çünki dövlət siyasəti yalnız hərbi qələbə ilə kifayətlənmir, xalqın azad edilmiş torpaqlara dönməsini də əsas prioritet kimi müəyyənləşdirir.

İndi Xankəndidə keçirilən beynəlxalq tədbirlər, futbol oyunları, mədəniyyət forumları göstərir ki, bu torpaqlar qısa müddətdə regional mərkəzə çevrilir.20 sentyabr tariximizin ən ağır sınaqlarından qalib çıxmağımızın simvoludur. Bu gün şəhidlərin ruhuna hörmətin, qazilərin fədakarlığının və xalqımızın birliyinin bayramıdır.

Hər il bu gün qeyd edilərkən xalqımız öz dövlətinə olan bağlılığını bir daha nümayiş etdirəcək. Dövlət Suverenliyi Günü əbədi olaraq milli kimliyimizin ayrılmaz hissəsi olacaq.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.