Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü ildə imzaladığı Sərəncamla 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Bu gün yalnız siyasi qələbə deyil, həm də mənəvi gücün təntənəsidir. Çünki 20 sentyabr xalqımızın birliyini, mübarizə əzmini və dövlətinə olan bağlılığını ifadə edir.Azərbaycan 30 ildən sonra bu torpaqlara yalnız bayrağını deyil, həm də həyatını qaytardı. Bu günün təsis olunması Böyük Qayıdışın ideoloji simvoluna çevrilib.
Prezidentin Xankəndidə dediyi sözlər – “Biz bu qələbəyə layiq idik” – əslində xalqın bütün mübarizə tarixini bir cümlədə ifadə edir.
Bu günün qeyd olunması beynəlxalq aləmə də mesajdır: Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bu qələbəni əbədi qoruyacaq.Xankəndidə keçirilən tədbirlər, Qarabağ Universitetinin açılışı və beynəlxalq forumların ev sahibliyi göstərir ki, bu şəhərlər artıq inkişafın mərkəzidir.20 sentyabr Azərbaycan xalqının gücünün, iradəsinin və müstəqillik yolunda fədakarlığının ən böyük bayramıdır.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın