İkinci Qarabağ müharibəsi və sonrakı antiterror əməliyyatları Azərbaycan əsgərinin qəhrəmanlığını bir daha təsdiqlədi. Çətin relyef, uzun illər ərzində qurulmuş möhkəm istehkamlar belə Ordumuzun qarşısını ala bilmədi.
Əsgərlərimiz yüksək peşəkarlıq, şücaət göstərərək bütün istiqamətlərdə irəlilədi. Ən qısa zamanda mühüm strateji yüksəkliklər ələ keçirildi, düşmənin hərbi texnikası məhv edildi.
Əməliyyatlarda əsas diqqət mülki əhalinin qorunmasına yönəldildi. Bu, Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyinin bariz nümunəsi idi.Qadınlara, uşaqlara, qocalara və xəstələrə hər cür yardım göstərildi. Sosial, təhsil və tibbi obyektlər qorundu. Azərbaycan dövləti həm gücünü, həm də humanizmini nümayiş etdirdi.
Bir neçə saat ərzində Ermənistan silahlı dəstələri təslim oldu, Qarabağda separatizmin kökü kəsildi. Bu, hərb tariximizə yazılan möhtəşəm zəfər idi.
Bu gün hər bir vətəndaş əmindir ki, güclü Ordumuz olduğu müddətcə Vətənimizin təhlükəsizliyi daim təmin ediləcək.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın