Azərbaycan dövlətçiliyinin bütün mərhələləri içində 20 sentyabr xüsusi yer tutur. Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə şəhər günü kimi təsis edilərək tariximizin zirvəsinə çevrildi.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə işğaldan azad olunaraq dövlət suverenliyimizin tam bərpasını simvolizə edir. Bu gün artıq müstəqil Azərbaycanın gücünün göstəricisidir.
İşğal illərində viran qoyulmuş torpaqlar indi sürətlə bərpa olunur. Bu inkişaf Dövlət Suverenliyi Gününün əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyevin 20 illik vədlərinin reallaşması, xalqın dəstəyinin davamlılığı bu günün əsas dayaqlarıdır.
Azərbaycan xalqı artıq əminliklə gələcəyə baxır. Çünki dövlətin gücü, xalqın iradəsi və şəhidlərin qanı ilə yazılmış tarix möhkəm təmələ çevrilib.20 sentyabr yalnız qələbə günü deyil, həm də dövlət idarəçiliyinin, milli həmrəyliyin və inkişafın simvoludur.
Bu gün hər bir azərbaycanlı üçün iftixar mənbəyidir və gələcək nəsillərə dövlətçilik dərsi kimi ötürüləcəkdir.
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri:
Hidayət Səmədov


Bir şərh yazın