20 sentyabrın şəhər günü kimi qeyd edilməsi yalnız bir tarixi qərar deyil, həm də Böyük Qayıdış Proqramının ideoloji dayağıdır. Prezident İlham Əliyevin Sərəncamı xalqımızın torpaqlarına dönüşün simvoluna çevrilib.İşğaldan azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərə mərhələ-mərhələ sakinlərini qarşılayır. Bu proses 20 sentyabrın mahiyyətini daha da gücləndirir.

Qayıdışın əsasında yalnız evlərin bərpası deyil, həm də ruhun dirçəlişi dayanır. Dövlət Suverenliyi Günü bu dirçəlişin bayramıdır.

Prezidentin bölgəyə hər səfəri xalqın güvənini daha da artırır. Açılışlar, təməlqoymalar, sosial obyektlərin istifadəyə verilməsi Böyük Qayıdışın praktik təzahürüdür.

Qarabağ Universitetinin açılışı, tibb fakültəsinin yaradılması və yeni təhsil mərkəzlərinin formalaşması gələcəyin təminatıdır.

20 sentyabr artıq yalnız bir gün deyil, gələcək nəsillərin həyatında milli kimliyi gücləndirən mühüm dəyərə çevrilib.

Azərbaycan xalqı üçün Böyük Qayıdışın rəmzi olan bu gün hər il qürurla qeyd ediləcək və müstəqillik tariximizdə əbədi yaşayacaq.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.