Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı tarixi Qələbəmizin davamıdır. Məqsəd 30 il həsrət çəkən insanların öz doğma yurdlarına qayıdışını təmin etməkdir.

Zəngilanın Ağalı kəndindən başlanan köç prosesinin bu gün davam etməsi hər birimizi qürurlandırır. Ağalı “ağıllı kənd” layihəsinin ilk nümunəsi kimi bütün dünyaya təqdim olundu.

Artıq Laçın, Füzuli, Kəlbəcər, Xocalı və digər bölgələrdə yeni evlər tikilir, yollar çəkilir, məktəblər və xəstəxanalar açılır. Bu torpaqlarda həyat yenidən canlanır.

Prezident İlham Əliyevin səfərləri, sakinlərlə görüşləri dövlətin vətəndaşa olan diqqətinin göstəricisidir. Bu görüşlər həm də xalqla dövlətin birliyini nümayiş etdirir.

Böyük Qayıdış təkcə infrastruktur deyil, həm də mənəvi dirçəlişdir. İnsanlar öz ata-baba yurduna dönərək tarixə yeni səhifə yazır.Bu proses Azərbaycanın gücünü, iradəsini və gələcəyə olan inamını bir daha təsdiqləyir.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.