2023-cü ilin 15 oktyabrı Azərbaycan tarixinə əbədi yazıldı. Həmin gün Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Dövlət Bayrağını ucaltdı. Bu, Zəfərin rəmzi, xalqımızın qürur mənbəyi idi.Ali Baş Komandan Zəfər meydanından xalqa müraciət edərək dedi: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu sözlər illərlə həsrət çəkən milyonların arzusunun gerçəkləşməsi idi.
Bu bayraq təkcə torpaqlarımızda deyil, həm də ürəklərdə ucaldı. Çünki hər bir azərbaycanlı bilir ki, bu Qələbə qan və can bahasına qazanılıb.Azərbaycan Ordusu təkcə müharibədə yox, həm də antiterror əməliyyatında qəhrəmanlıq göstərdi. Çətin relyefdə, düşmənin illərlə qurduğu istehkamları darmadağın etdi.
Bu gün isə həmin torpaqlarda quruculuq işləri aparılır. Yeni yollar, məktəblər, məscidlər tikilir. Azərbaycan xalqı öz torpaqlarında əbədi yaşayacaq.Bayrağımız indi bütün Qarabağda dalğalanır. Bu, xalqımızın birliyinin, gücünün və əzminin simvoludur.
YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri :
Könül Hüseynova


Bir şərh yazın