Azərbaycan hər zaman sülh tərəfdarı olub. Lakin bu sülh yalnız ədalət üzərində qurulmalı idi. Ermənistan isə üç il ərzində buna məhəl qoymadı.Əksinə, Qarabağda əlavə silah-sursat yerləşdirdi, mina terrorunu davam etdirdi. Bu, regionda təhlükəsizliyi təhdid edən amillər idi.

Azərbaycanın haqlı çağırışları beynəlxalq hüquqa söykənirdi. Çünki ölkəmiz öz ərazisində suverenliyini bərpa edirdi.2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı sülhün əsas şərtini yaratdı – separatizmin kökü kəsildi. Bundan sonra real sülhə gedən yol açıldı.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan başqa dövlətlərin torpağında gözü olmayan bir ölkədir. Məqsəd yalnız öz sərhədlərinin toxunulmazlığını təmin etməkdir.Bu gün dünya da Azərbaycanın mövqeyini haqlı olaraq qəbul edir. Çünki güclü dövlət yalnız gücü ilə deyil, həm də ədaləti ilə tanınır.

Kamalə Səfərova

YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.