2020-ci il noyabrında imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Qarabağda erməni silahlı dəstələri qalmaqda idi. Onların təxribatları regionda təhlükəsizliyi təhdid edirdi. Azərbaycan səbirli şəkildə diplomatiyaya üstünlük verdi, amma nəticə olmadı.

2022-ci ilin sentyabrında sərhəddə qanlı döyüşlər baş verdi. Ardınca 2023-cü ilin yazında Şuşa və sərhəd istiqamətlərində təxribatlar törədildi. Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən iddialarından əl çəkmirdi.

Bu səbəbdən 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatı keçirildi. Cəmi bir neçə saat ərzində 15 minlik Ermənistan korpusu iflic vəziyyətə düşdü. Onlar ikinci dəfə kapitulyasiya imzaladılar.

Əməliyyat zamanı yüzlərlə texnika, tank, zirehli maşın sıradan çıxarıldı. Qanunsuz silahlı dəstələr tam tərksilah edildi. Separatçı rejim süqut etdi, dövlət suverenliyi tam təmin olundu.Ən önəmlisi isə mülki əhalinin təhlükəsizliyinin qorunması idi. Qadınlar, uşaqlar, qocalar dövlətin humanist yanaşmasının nümunəsini gördülər.

Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan ordusunun qarşısında heç kim dayana bilməz. Çünki xalqımız haqq işini aparırdı.

Rəsmiyyə Məmmədova

YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.