Cənubi Qafqaz tarixində mühüm dönüş nöqtəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda baş verdi. Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannaməni parafladılar. Bu sənəd 30 ildən artıq davam edən qarşıdurmanın sonu və yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” müsahibəsində qeyd etdi ki, Vaşinqtonda əldə olunan anlaşma regionda davamlı sülh və əməkdaşlıq üçün əsaslı zəmin yaradıb. Bu sənəd Azərbaycanın maraqlarına tam uyğun olaraq, suverenliyə hörmət və ərazi bütövlüyünün təmin olunması prinsiplərinə söykənir.

Birgə Bəyannamənin əsas müddəaları sərhədlərin tanınması, düşmənçiliyin dayandırılması və kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Prezident İlham Əliyev vurğuladı ki, bu sənəd faktiki olaraq müharibənin başa çatdığını və yeni əməkdaşlıq imkanlarının yarandığını təsdiqləyir.

Vaşinqton görüşü həm də beynəlxalq aləmdə Azərbaycanın təşəbbüskar və prinsipial mövqeyini göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Ermənistan sülh gündəliyinə qoşulmaq məcburiyyətində qaldı.

Beləliklə, 8 avqust 2025-ci il Vaşinqton Birgə Bəyannaməsi regionda müharibə dövrünün rəsmi sonu və uzunmüddətli sülhün başlanğıcı kimi tarixə düşdü.

Anar Əlizadə

YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.