Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” müsahibəsində Vaşinqton prosesinin mühüm nəticələrindən biri olan TRIPP — “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsinə xüsusi diqqət ayırdı. Dövlət başçısı vurğuladı ki, bu layihə Zəngəzur dəhlizinin açılması və beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın əsas şərtlərindən biri dəhlizin yalnız Ermənistanın deyil, beynəlxalq təhlükəsizlik zəmanətləri ilə qorunmasıdır. ABŞ administrasiyası bu tələbə müsbət yanaşaraq TRIPP layihəsini irəli sürdü.TRIPP layihəsi Cənubi Qafqazı qlobal nəqliyyat və ticarət mərkəzinə çevirmək potensialına malikdir. Prezident İlham Əliyev müsahibədə qeyd etdi ki, Azərbaycan dəmir yolunun öz ərazisində qısa müddətdə tikintisini tamamlaya bilər və layihənin reallaşacağına tam əmindir.
Bu layihə həm regional əməkdaşlıq, həm də qlobal iqtisadi inteqrasiyanın güclənməsi baxımından böyük imkanlar açır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz təcrübəsi ilə bu prosesin önündə olacaq.Beləliklə, TRIPP layihəsi yalnız nəqliyyat xətti deyil, eyni zamanda Azərbaycanın təşəbbüsü ilə formalaşan regional sülh və inkişaf platformasıdır.
YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri:
Hidayət Səmədov


Bir şərh yazın