2025-ci il 27 avqust tarixində Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibə verdi. Müsahibədə dövlət başçısı Azərbaycanın regional siyasətinin prioritetlərini, sülh prosesində ölkəmizin qətiyyətli mövqeyini və yeni mərhələdə qarşıya qoyulan strateji hədəfləri açıqladı. Bu çıxış həm ölkə daxilində, həm də beynəlxalq mətbuatda geniş rezonans doğurdu.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın mövqeyi regional sabitlik, qonşu dövlətlərlə normal münasibətlər və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq üzərində qurulub. Dövlət başçısı qeyd etdi ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğuna dair açıq şəkildə Azərbaycanın mövqelərini təsdiqləyib.Müsahibədə Prezident İlham Əliyev həmçinin Azərbaycanın enerji siyasətindən, regionda həyata keçirdiyi mühüm infrastruktur layihələrindən danışdı. O, vurğuladı ki, enerji sektorundakı nailiyyətlər sülh gündəliyinin reallaşdırılmasına xidmət edir və ölkəmizi qlobal əməkdaşlıq mərkəzlərindən birinə çevirir.
“Əl-Ərəbiyyə” telekanalına müsahibə zamanı dövlət başçısı Azərbaycanın tolerantlıq və multikultural dəyərlərə verdiyi töhfələri də xatırlatdı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirən, dialoqu dəstəkləyən önəmli bir məkandır.Nəticə etibarilə, 27 avqust 2025-ci il müsahibəsi Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq arxitekturasını qurmaq istiqamətində qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət etdi.
Leyla Babışova
YAP Şuşa rayon təşkilatının sədr müavini


Bir şərh yazın