Uzun illər fəaliyyətsizliyi ilə yadda qalan ATƏT-in Minsk Qrupu faktiki olaraq Qarabağ münaqişəsinin həllində heç bir real nəticə verməmişdi. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” müsahibəsində bildirdi ki, artıq bu quruma ehtiyac qalmayıb və Azərbaycan-Ermənistan birgə müraciətlə onun buraxılmasına nail olub.
Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış Birgə Bəyannamədə tərəflərin Minsk Qrupunun fəaliyyətinə son qoymaq barədə ATƏT-ə müraciəti də öz əksini tapıb. Bununla, 30 ilə yaxın davam edən nəticəsiz fəaliyyət rəsmi olaraq tarixə qovuşdu.
Prezident İlham Əliyev qeyd etdi ki, Minsk Qrupu əslində vasitəçilikdən daha çox Ermənistana dəstək göstərməklə yadda qalıb. Azərbaycan isə bu məsələni dəfələrlə beynəlxalq tribunalarda dilə gətirib.
Minsk Qrupunun buraxılması ilə regionda yeni bir dövrün başlanması təmin olundu. Artıq vasitəçilik mexanizmlərinə ehtiyac yoxdur, çünki iki dövlət birbaşa dialoq yolu ilə münasibətləri tənzimləməkdədir.Beləliklə, 8 avqust 2025-ci il təkcə sülh bəyannaməsinin imzalanması ilə deyil, həm də 30 illik fəaliyyətsiz Minsk Qrupunun arxivə göndərilməsi ilə Azərbaycan tarixində əlamətdar gün kimi qaldı.
Kamalə Səfərova
YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın