30 yanvar 1992-ci ildə Azərbaycan ATƏT-ə üzv qəbul olundu. Bu təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Minsk qrupunu təsis etsə də, illər ərzində heç bir ciddi nəticə əldə olunmadı. Azərbaycan isə işğal altında olan torpaqlarını yalnız öz gücü ilə azad etməli oldu.
1996-cı ilin Lissabon sammitində münaqişənin həlli üçün əsas prinsiplər müəyyən edildi. Lakin Ermənistan veto hüququndan istifadə etdi və sənədlərin qəbulunun qarşısını aldı. Ümummilli Lider Heydər Əliyev də bu gedişata cavab olaraq sammitin bütün sənədlərinə veto qoydu.Ümummilli Lider Heydər Əliyev Azərbaycanın mövqeyini qorumaq üçün heç bir təzyiq qarşısında geri çəkilmədi. Onun qətiyyəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük rezonans doğurdu.
2002-ci ilin martında Prezident Ümummilli Lider ATƏT rəhbərliyi ilə görüşündə Minsk qrupunun fəaliyyətsizliyini sərt tənqid etdi. O bildirdi ki, Azərbaycan xalqı uzun illər gözləsə də, real nəticə əldə olunmayıb.2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycanın gücünü və prinsipial siyasətini təsdiqlədi. Azərbaycan ərazilərini azad etməklə həm BMT qətnamələrini icra etdi, həm də Minsk qrupunun fəaliyyətinə son qoydu.
Nazilə İbarhimova
YAP Şuşa rayon təşkilatının 3 sayl ərazi partiya təşkilatının sədri


Bir şərh yazın