Azərbaycan 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirəyə (indiki ATƏT) üzv qəbul edildi. Bu təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu üzərinə götürdü. Minsk qrupu yaradılaraq tərəflər arasında danışıqlar aparılsa da, real nəticə əldə olunmadı.

1996-cı ilin dekabrında keçirilmiş Lissabon sammiti xüsusi əhəmiyyət daşıyırdı. Burada münaqişənin həlli üçün üç əsas prinsip irəli sürüldü: Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qorunması, Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi və orada yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması. Ermənistan bu prinsiplərə veto qoydu.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın milli maraqlarını qorumaq üçün sammitin bütün sənədlərinə veto qoyaraq prinsipial mövqeyini nümayiş etdirdi. Onun bu addımı Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini dünyaya göstərdi.

2002-ci il 7 mart tarixində Ümummilli Lider Heydər Əliyev ATƏT-in sədri ilə görüşündə Minsk qrupunun fəaliyyətini açıq şəkildə tənqid etdi. O bildirdi ki, Azərbaycan xalqı bu təşkilatdan böyük ümidlər gözləyib, lakin nəticə əldə olunmayıb.

Sonda 2020-ci ilin Vətən müharibəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycan öz gücü ilə BMT qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. Bununla da Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadı.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.