Qarabağ münaqişəsinin başa çatmasından sonra gündəmə gələn Zəngəzur dəhlizi regionun geoiqtisadi inkişafında həlledici rol oynayır. Bu dəhliz həm Naxçıvanın blokadasının aradan qaldırılması, həm də beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Vaşinqton mərhələsindən sonra dəhlizin inkişafı TRIPP (Trump Route for International Peace and Prosperity) adı altında yeni formatda təqdim olundu. Bu, ABŞ tərəfindən dəstəklənən beynəlxalq layihədir və regionun sabitliyinə töhfə verməyi hədəfləyir.Dəhlizin uzunluğu təxminən 42 kilometr təşkil edir. Azərbaycanın tikinti imkanları bu marşrutu qısa zamanda başa çatdırmağa imkan verir. Ermənistan tərəfində isə proses daha uzun müddət ala bilər.
Dəhlizin işə düşməsi həm ölkədaxili, həm də beynəlxalq əlaqələr üçün strateji önəm daşıyır. Azərbaycan və Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunacaq, eyni zamanda, regionun tranzit imkanları artacaq.TRIPP layihəsi yalnız dəmir yolu deyil, avtomobil, rabitə və enerji xətlərini də əhatə edir. Beləliklə, layihənin gerçəkləşməsi regionda iqtisadi inteqrasiya və sabitliyin daha da güclənməsinə xidmət edəcək.
Elmira Əliyeva
YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın