Son aylarda Cənubi Qafqazda müşahidə edilən siyasi proseslər regionun gələcəyi ilə bağlı nikbinlik yaradır. Azərbaycan Prezidenti tərəfindən aparılan ardıcıl siyasət həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə böyük nəticələr verməkdədir.
Ən mühüm hadisə isə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən görüşdür. Burada qəbul edilən sənədlər sülhə və əməkdaşlığa xidmət edir. Bu sənədlər təkcə iki ölkə arasında deyil, bütövlükdə region üçün yeni perspektivlər açır.Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, sülhün alternativi yoxdur. Bu mövqe region ölkələri üçün mesaj xarakteri daşıyır: yalnız əməkdaşlıq və qarşılıqlı hörmət sayəsində sabitlik mümkündür.
Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan müzakirələr də gələcəyə nikbin baxmağa imkan verir. Bu layihə reallaşarsa, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında etibarlı əlaqə bərpa olunacaq, regionun geosiyasi çəkisi daha da artacaq.Yekunda demək olar ki, Azərbaycanın təşəbbüsləri təkcə sülh prosesini deyil, həm də iqtisadi və siyasi inteqrasiyanı stimullaşdırır. Bu isə Cənubi Qafqazı gələcəkdə əməkdaşlıq və inkişaf məkanına çevirməyə real zəmin yaradır.
Elçin Dadaşov
YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın