Avqustun sonunda Azərbaycan Prezidenti “Əl-Ərəbiyyə” telekanalına geniş müsahibə verdi. Müsahibə regionda baş verən proseslər, sülhün gələcəyi və Azərbaycanın mövqelərinin aydın ifadəsi baxımından xüsusi diqqət çəkdi.Dövlət başçısı bildirdi ki, ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu deyil. Əgər Ermənistan bir daha bu məsələyə şübhə ilə yanaşsa, cavab adekvat olacaq. Bu, həm regional, həm də beynəlxalq dairələrə ünvanlanmış ciddi xəbərdarlıqdır.

Müsahibədə diqqət çəkən məqamlardan biri də imzalanan razılaşmaların dönməzliyi ilə bağlı mesaj idi. Qeyd olundu ki, sənədlərdən geri dönüş cəhdləri Ermənistan üçün çox zərərli olar, çünki razılaşmalar artıq dövlət məsuliyyətini təsdiqləyib.
Prezident həmçinin Ermənistanın daxili siyasi gündəminə işarə etdi. Konstitusiya layihəsi və qarşıdakı parlament seçkiləri fonunda sülh prosesinə təsir ola biləcəyi vurğulandı. Bununla belə, beynəlxalq zəmanətlər prosesi qoruyan əsas mexanizm kimi ön plana çəkildi.

Ümumilikdə, müsahibə Azərbaycanın regional lider mövqeyini bir daha nümayiş etdirdi. Ədalətli sülhün, qarşılıqlı hörmətin və sabitliyin təmin olunması üçün ölkəmizin prinsipial xətti açıq şəkildə ortaya qoyuldu.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.