Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha göstərdi. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla keçirilən görüşlərdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə olundu. Dövlət başçısı çıxışında vurğuladı ki, ortaq tarix, mədəniyyət və dəyərlər Azərbaycanla Türkmənistanı daim yaxınlaşdırıb.

Prezident İlham Əliyev səfər zamanı Avaza şəhərinin inkişafını yüksək qiymətləndirərək bu şəhərin Türkmənistanda görülən böyük işlərin göstəricisi olduğunu bildirdi. O qeyd etdi ki, hava limanından şəhərə gələn yolda müşahidə olunan dəyişikliklər ölkənin sürətli tərəqqisini əyani şəkildə nümayiş etdirir.

Danışıqlar zamanı əsas diqqət nəqliyyat sahəsinə yönəldi. Şərq-Qərb dəhlizinin hər iki ölkənin ərazisindən keçməsi regional əməkdaşlığın yeni imkanlarını açır. Azərbaycan və Türkmənistanın müasir infrastruktur layihələrinə sərmayə yatırması bu istiqamətdə böyük fayda verəcək.

Səfərin ən mühüm məqamlarından biri Türkmənistan-Azərbaycan-Özbəkistan formatında keçirilən üçtərəfli görüş oldu. Bu görüşdə nəqliyyat-tranzit əməkdaşlığı ilə bağlı yeni ideyalar irəli sürüldü. Limanların genişləndirilməsi, dəmir yollarının inkişaf etdirilməsi və Orta Dəhlizin möhkəmləndirilməsi məsələləri tərəflərin diqqətində idi.

Görüşlər nəticəsində imzalanan sənədlər üç ölkə arasında münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi və Arxadağ-Füzuli qardaşlaşma sənədi xalqlarımız arasında sarsılmaz dostluğun təzahürüdür. Birgə bəyanat isə bu əməkdaşlığın beynəlxalq müstəvidə daha geniş əks-səda doğuracağına işarədir.

YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri :

Könül Hüseynova


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.