Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla keçirilən görüşlərdə tarixi köklərə söykənən münasibətlərin gələcək inkişafı müzakirə edildi. Prezident qeyd etdi ki, Azərbaycan və Türkmənistan xalqlarını birləşdirən ortaq tarix və mədəniyyət bu əməkdaşlığı daha da möhkəmləndirir.

Səfər zamanı Prezident İlham Əliyev Avaza şəhərində gördüyü dəyişiklikləri vurğulayaraq, burada həyata keçirilən layihələri yüksək qiymətləndirdi. Onun sözlərinə görə, şəhərin müasir görünüşü Türkmənistanın iqtisadi inkişafının və modernləşmə siyasətinin bariz nümunəsidir.

Görüşlərdə nəqliyyat sahəsi xüsusi müzakirə mövzusu oldu. Şərq-Qərb dəhlizinin hər iki ölkədən keçməsi region üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın və Türkmənistanın infrastruktur sahəsində qazandığı nailiyyətlər bu dəhlizin inkişafına böyük töhfə verəcək.

Səfərin mühüm məqamlarından biri Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş idi. Burada Orta Dəhlizin gücləndirilməsi, limanların genişləndirilməsi və dəmir yolu əlaqələrinin inkişafı kimi məsələlər müzakirə edildi.Prezident İlham Əliyev bildirdi ki, bu əməkdaşlıq regionun geostrateji mövqeyini daha da gücləndirəcək.

Sonda imzalanan sənədlər və qəbul edilən birgə bəyanat ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Türkmənistanın Füzulidə məscid inşa etməsi və Arxadağ-Füzuli qardaşlaşma sənədinin imzalanması isə xalqlarımızın qardaşlıq bağlarının rəmzi kimi qiymətləndirildi. Bu hadisələr dostluq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə işarə edir.

Gülnar Qurbanova

YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.