Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində keçirilən görüşlər iki qardaş dövlətin münasibətlərinin keçmişinə, bu gününə və gələcək perspektivlərinə işıq saldı. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Türkmənistan xalqlarını tarixi köklər, mədəniyyət, dil və din birləşdirir və bu dəyərlər qarşılıqlı münasibətlərin əsas dayağıdır.

Prezident İlham Əliyev çıxışı zamanı Avaza şəhərinin inkişafını yüksək qiymətləndirərək qeyd etdi ki, bu şəhərin siması Türkmənistanda həyata keçirilən genişmiqyaslı işlərin göstəricisidir. O, həmçinin bildirdi ki, üç il əvvəl gördüyü mənzərə ilə müqayisədə bu dəfə daha sürətli inkişafın şahidi olub. Bu da Türkmənistan rəhbərliyinin məqsədyönlü siyasətinin nəticəsi kimi dəyərləndirilir.

Tərəflər arasında müzakirə edilən əsas məsələlərdən biri nəqliyyat sahəsi oldu. Şərq-Qərb dəhlizinin hər iki ölkənin ərazisindən keçməsi regional əməkdaşlığa yeni imkanlar açır. Azərbaycanın və Türkmənistanın müasir infrastruktur layihələri bu əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə zəmin yaradır. Prezident İlham Əliyevin sözlərinə görə, bu istiqamətdə atılan addımlar geniş coğrafiyada fayda verəcək.

Səfər çərçivəsində Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüş də keçirildi. Toplantıda nəqliyyat, logistika və tranzit imkanları ətraflı müzakirə olundu. Orta Dəhlizin, limanların genişləndirilməsi və dəmir yolu xətlərinin inkişaf etdirilməsi məsələləri gündəliyin əsas mövzuları sırasında idi. İlham Əliyev vurğuladı ki, üç ölkənin əməkdaşlığı təkcə regiona deyil, beynəlxalq nəqliyyat marşrutlarına da əhəmiyyətli töhfə verəcək.

Görüşlərin nəticəsi olaraq imzalanan sənədlər, o cümlədən Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında razılaşma xalqlarımızın yaxınlığını bir daha nümayiş etdirdi. Türkmənistan tərəfindən Füzulidə məscid inşası isə qardaşlıq münasibətlərinin rəmzi kimi qiymətləndirildi. Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qəbul edilən birgə bəyanat gələcək əməkdaşlığa möhkəm hüquqi əsas yaradaraq regional həmrəyliyi gücləndirdi.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.