Azərbaycan ilə Türkmənistan münasibətlərinin tarixi qədimdir. Azərbaycan türkləri ilə türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Türkmənlər Orta Asiya türkləri arasında milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın hesab olunur.

Azərbaycan və Türkmənistan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlarda (BMT, İƏT, Qoşulmama Hərəkatı, TDT) qarşılıqlı dəstək və koordinasiya ilə müşayiət olunur. Türkmənistan Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəkləyərək regional və qlobal səviyyədə həmrəylik nümayiş etdirir.

Azərbaycan və Türkmənistan arasında iqtisadi münasibətlər enerji, nəqliyyat və ticarət sahələrində güclənməkdədir. Türkmənistanın əsas ixrac məhsulu olan təbii qaz və neft məhsulları ilə yanaşı, kimya və tekstil sənayesində də əməkdaşlıq imkanları mövcuddur. Enerji sahəsində əməkdaşlıq sahəsində transxəzər enerji layihələri və Xəzərin hüquqi statusuna dair razılaşmalar Azərbaycan və Türkmənistan arasında enerji diplomatiyasının əsas sütunlarındandır. Türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxarılması potensialı müzakirə olunmaqdadır. 2021-ci ildə Xəzərin statusuna dair razılaşmalardan sonra iki ölkə arasında “Dostluq” neft yatağının birgə istismarı ilə bağlı mühüm razılaşma əldə edilməklə enerji əməkdaşlığında yeni mərhələnin başlanğıcı qoyulub.

Azərbaycan və Türkmənistan arasında mövcud strateji tərəfdaşlıq təkcə siyasi ritorikaya deyil, real iqtisadi və institusional əsaslara söykənir. Ortaq enerji resursları, logistik imkanlar və tarixi-mədəni yaxınlıq bu əlaqələrin dərinləşməsinə təkan verir. Formalaşmaqda olan bu model Azərbaycanın Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı çərçivəsind geoiqtisadi inteqrasiyası üçün əhəmiyyət daşıyır.

Azərbaycan ilə Türkmənistan münasibətlərinin tarixi qədimdir. Azərbaycan türkləri ilə türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Türkmənlər Orta Asiya türkləri arasında milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın hesab olunur.

Azərbaycan Mərkəzi Asiya və Türk dünyası, yaxud Şərqlə Qərbin uğurlu birləşdiricisidir.

Aygün Məmmədli

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.