Azərbaycan və Türkmənistan münasibətləri əsrlərlə formalaşmış qardaşlıq tellərinə əsaslanır. Bu gün həmin münasibətlər müstəqil dövlətlər arasında strateji tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdi.

Cənubi Qafqazda yaranmış yeni siyasi nizamla yanaşı, Mərkəzi Asiyanın da regional çəkisi artmaqdadır. Azərbaycan və Türkmənistanın birgə həyata keçirdiyi layihələr bu iki regionu birləşdirərək Xəzəri qlobal əməkdaşlıq məkanına çevirir. Bu, təkcə regional deyil, beynəlxalq səviyyədə də strateji əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Füzuli ilə Arxadağ şəhərlərinin qardaşlaşması və Füzulidə məscid inşası barədə razılaşma xalqlarımızın dini, mədəni və mənəvi dəyərlərinin müasir dövrdə də yaşadıldığını göstərdi. Bu təşəbbüslər dövlətlərarası münasibətləri daha da yaxınlaşdırır.

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında imzalanan nəqliyyat-logistika memorandumu isə regionun iqtisadi inkişafına güclü təkan verəcək. Orta Dəhlizin genişləndirilməsi, dəmir yollarının inteqrasiyası və limanların birləşdirilməsi Avropa-Asiya ticarət əlaqələrini yeni mərhələyə çıxaracaq.

Beləliklə, Azərbaycan bir daha sübut etdi ki, regional inteqrasiyanın təşəbbüskarı və aparıcı qüvvəsi məhz Bakıdır. Bu siyasət həm ölkəmizin mövqelərini möhkəmləndirir, həm də regionun sabitliyinə və inkişafına töhfə verir.

Elçin Dadaşov

YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.