Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət ölkəmizi Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji qovşağa çevirib. Prezident İlham Əliyevin sözləri ilə desək, biz vaxtında “ev tapşırığımızı” yerinə yetirmişik və indi artıq mövcud infrastrukturu genişləndirmək daha asandır. Bu, Azərbaycanın uzaqgörən siyasətinin və gələcək hədəflərə yönəlmiş inkişaf modelinin nəticəsidir.

Ələt Dəniz Ticarət Limanı, müasir gəmiqayırma zavodu və Xəzər dənizində ən böyük ticarət donanmasına malik olmaq ölkəmizin tranzit imkanlarını dəfələrlə artırıb. Həmçinin müasir dəmir yolu xətləri və hava limanları sayəsində Azərbaycan artıq beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısıdır. Bu, eyni zamanda Mərkəzi Asiya ölkələrinin ixrac məhsullarının Avropa bazarlarına çıxışı üçün də əlverişli imkan yaradır.

Son dövrdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlər intensiv xarakter alıb. Liderlərin mütəmadi görüşləri ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına, imzalanan sənədlər isə konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Bu dinamizm dövlətlər arasında etimadı möhkəmləndirir.

Türkmənistana edilən son səfər zamanı Prezident İlham Əliyev açıq şəkildə vurğuladı ki, indi regionda yeni potensial var. Xəzər üzərindən keçən nəqliyyat marşrutları Avropanı Uzaq Şərqlə birləşdirir və bu əməkdaşlıq böyük coğrafiyaya fayda gətirəcək. Türkmənistanın müasir dəniz və hava limanları, dəmir yolları ilə Azərbaycanın mövcud infrastrukturu birləşdikdə, region tranzit imkanları baxımından əvəzolunmaz mövqeyə yüksələcək.

Nəticə etibarilə, Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri yalnız gücləndirmir, həm də qlobal miqyasda Avrasiya məkanında etibarlı körpü rolunu oynayır.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.