Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza hər səfəri bərpa olunmuş , yenidən inşa edilmiş yaşayış komplekslərinin, parkların, elektrik stansiyalarının açılış və ya təməlqoyma mərasimləri ilə yadda qalır. Hər bir rayonun ictimaiyyət nümayəndələri ilə görüşündə ölkəmizin əldə etdiyi uğurlardan , qarşıda duran vəzifələrdən danışan ölkə rəhbəri Qarabağda və Şərqi Zəngəzurda insanlarımızın rifah halının yüksəldilməsi istiqamətində bütün tədbirlərin görüldüyünü vurğulayır. 21 avqust tarixində ölkə rəhbərinin Kəlbəcərə səfəri həm dövlətimizin siyasi iradəsinin, həm də xalqımızın mübarizə əzminin təntənəsi kimi yadda qalacaq. 21 avqust tariximizə Kəlbəcər şəhərinin sakinlərinə qovuşduğu tarixi gün kimi yazıldı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunda çoxsaylı sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak etdilər, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Görüşdəki çıxışında “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı” söyləyən Prezident İlham Əliyev bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Kəlbəcər artıq dağıdılmış bir şəhər deyil – o, müasirliyi, ekoloji təmizliyi və füsunkar təbiəti ilə dünyada seçilən yaşayış məkanına çevrilir. Yeni tikilən yollar, su elektrik stansiyaları, müasir kommunikasiya sistemləri, yaşayış binaları və sosial obyektlər bölgənin iqtisadi və turizm potensialını əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar Prezident İlham Əliyevin uzaq görən siyasəti nəticəsində “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” konsepsiyalarına uyğun şəkildə reallaşdırılır.

“Biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir” söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı da etdi ki, bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı, bu gün məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək.

Natiq Mahmudov

YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.