2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Noyabrın 25-də Kəlbəcər rayonu döyüşsüz şəkildə Azərbaycana qaytarıldı. Bu gün isə həmin torpaqlarda quruculuq işləri geniş vüsət alıb və soydaşlarımız Böyük Qayıdış Proqramı çərçivəsində öz doğma yurdlarına qayıdırlar.

Prezident İlham Əliyevin Kəlbəcərə və Ağdərəyə son səfəri bu torpaqlarda görülən işlərin miqyasını göstərdi. Burada sakinlərə yeni evlərin açarlarının təqdim edilməsi, müasir infrastrukturun yaradılması Azərbaycanın öz gücü ilə həyata keçirdiyi siyasətin bəhrəsidir.

Dövlətimizin başçısı görüşlərdə Ermənistanın işğal dövründə torpaq qaytarmaq fikrində olmadığını xatırlatdı. ATƏT-in Minsk Qrupu isə münaqişəni həll etməkdən daha çox, status-kvonu qorumağa çalışırdı. Azərbaycan xalqı isə öz gücü və iradəsi ilə bu ədalətsizliyə son qoydu.

Kəlbəcərin çətin dağlıq relyefə malik olduğunu nəzərə alsaq, onun bir güllə atmadan qaytarılması 44 günlük müharibədən sonrakı ən böyük nailiyyətlərdən biri hesab olunur. Bu, həm də Azərbaycanın diplomatik gücünün göstəricisidir.Prezident İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə Azərbaycanın təşəbbüsü ilə paraflanmış sülh müqaviləsindən də danışdı. Ermənistan ölkəmizin şərtlərini qəbul edərək öhdəlik götürüb, bu isə regionda sabitlik və təhlükəsizliyi möhkəmləndirəcək. Eyni zamanda, Naxçıvanla quru əlaqəsinin bərpası Azərbaycanın növbəti tarixi uğuru kimi qeyd olundu.

Bununla belə, dövlət başçısı tarixi yaddaşın qorunmasının zəruriliyini vurğuladı. Ermənistanla münasibətlərin normallaşması mümkündür, lakin xalqımıza qarşı törədilən etnik təmizləmə, işğal və soyqırımlar heç vaxt unudulmamalıdır. Prezident İlham Əliyev həm də bəyan etdi ki, Azərbaycana qarşı hər hansı təxribat törədilməyə çalışılsa, bunun cavabı çox sərt olacaq.

Gülnar Qurbanova

YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.